04.11.2015
Qəzalar
Ağac yüz minlik avtomobilin üstünə aşdı – FOTO
Bakıda aramsız yağan qar və güclü külək bəzi fəsadlar törədib. Cars-az avtolent-ə istinadən xəbər verir ki, Paytaxtın bir çox ərazilərində elektrik xətləri qırılıb və külək iri gövdəli ağacları aşırıb. Belə hadisələrdən biri də Mətbuat prospektində qeydə alınıb. İri gövdəli ağac “Lexus” markalı 90 EZ 777 dövlət nömrə nişanlı maşının üstünə aşıb. Nəticədə xəsarət alan olmasa da bahalı avtomobilə ciddi ziyan dəyib.