Piyadanı vurdu, özü də yaralandı

Piyadanı vurdu, özü də yaralandı

Cars-az xəbər verir ki, bu gün Gəncə-Samux yolunda piyadanın vurulmasıyla nəticələnən yol qəza hadisəsi baş verib. Kəpəz televiziyasının xəbərinə görə, Gəncə şəhər sakini, 25 yaşlı Elvin Həsənov idarə etdiyi “VAZ 2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, hələlik kimliyi məlum olmayan 50-60 yaşlarında kişini vurub.

Yaralı ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı sürücü də bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top