-
Yol polisindan 172 şikayətçi var - RƏSMİ
Ötən il DİN-in 343 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub Ardını oxu
-
Avtomobillərə texniki baxışda mühüm dəyişiklik
Bununla da ölkəmizdə avtomobillərə dair standart və texniki şərtlərlə bağlı problemlər birdəfəlik həll ediləcək Ardını oxu
-
Başqa kişi ilə mesajlaşan ərli qadın özünü körpüdən atdı
Mesajları görən ərindən qorxan 23 yaşlı qadın intihar etdi Türkiyədə gənc qadın mobil telefondan başqa kişiyə yazdığı mesajları əri görüncə qorxudan özünü öldürüb. Cars-az anspress-ə istinadən xəbər verir ki,, 23 yaşlı Elmas Yılmaz özünü Karabük-Safranbolu dairəvi yoldakı körpüdən aşağı ataraq intihar edib. Yoldan keçən avtomobilərin birinə çırpılan gənc qadın hadisə yerində dünyasını dəyişib. Hadisə axşam saatlarında Safranboluda baş verib. İddiaya görə, əri 5 illik həyat yoldaşı Elmas Yılmazın mobil telefonundan başqa bir kişiyə yazdığı mesajlarını gördükdə qadınla dalaşmayıb. O, arvadının böyük qardaşına zəng vuraraq görüşmək istədiyini bildirib. Bu arada ərinin mesajlarını gördüyünü və qardaşına xəbər verdiyindən xəbər tutan Elmas Yılmaz evdən qaçıb. Sinir krizi keçirən gənç qadın avtobusa minərək evlərindən 5 kilometr aralıda yerləşən Karabük - Safranbolu dairəvi yolda düşür və körpüyə çıxaraq intihar edib. Ardını oxu
-
Stiv Cobsun yaxtası oradan zorla keçdi
Yaxta indi Stiv Cobsun dul xanımı Loren Pauellə məxsusdur Ardını oxu
Paytaxtda daha bir yol təmirə bağlanır
Sürücülərə alternativ yol göstərilib Bakıda daha bir yol təmirə bağlanır. Cars-az xəbər verir ki, Bakı Şəhət İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri (asfalt örtüyünün yenilənməsi) ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur. Ardını oxu
Havanın temperaturu yüksələcək
13 dərəcə isti təşkil edəcək Cars-az xəbər verir ki, yaxin 2-3 gün ərzində Azərbaycanda cənub-qərb küləyinin əsməsi ilə əlaqdar havanaın temperaturunun yüksələcəyi gözlənilir. Yaxın günlərdə müşahidə ediləcək temperatur iqlim norması daxilində və bir qədər yüksək olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gündüz əsasən, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti olacaq. Ardını oxu
Bakıda "uçan" avtobus zəncirvari qəza törətdi; 1 ölü, 9 yaralı
“Ford” markalı avtomobilin sürücüsü Fərhad Fərzəliyev tutulub Paytaxtın Sabunçu rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb, 9 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulmuş və nəticədə piyada hadisə yerində ölüb. Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Ardını oxu
Bakıda «Toyota»dan qızıl üzük oğurlandı
Paytaxt ərazisində avtomobilləri talan edən şəxs tutuldu Ardını oxu