Stiv Cobsun yaxtası oradan zorla keçdi

Stiv Cobsun yaxtası oradan zorla keçdi

Apple korporasiyasının mərhum banisi və sahibi Stiv Cobsun 120 milyon dollarlıq "Venus" superyaxtası Sen-Martin adasının sahillərindədir. Yaxtanın inşası 2012-ci ildə başa çatmışdı və Stiv Cobs çox sevdiyi, həsrətlə gözlədiyi "Venus"la bağlı işlərin başa çatdığını görməmişdi.

Yaxta indi Stiv Cobsun dul xanımı Loren Pauellə məxsusdur. Cars-az Daily Mail-ə istinadən bildirir ki, Sen-Martindəki Simpson Beydə açılan körpünün arasından zorla keçən superyaxta belə "kiçik" məkanlar üçün hesablanmadığından olduqca asta, aşağı sürətlə hərəkət edirdi. Halbuki körpünün eni açılmış vəziyyətdə 17 metr idi. Yaxtanın körpüdən keçdiyi anın videosunu Brayan Maston dron vasitəsilə çəkib.

Dostlarınla paylaş


Şərhlər


Top