Bakıda «Toyota»dan qızıl üzük oğurlandı

Bakıda «Toyota»dan qızıl üzük oğurlandı

Bakıda «Toyota»dan qızıl üzük oğurlandı

Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Cars-az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də gecə saatlarında M.Cəlal küçəsində Tural Mahmudova məxsus “Mitsubishi” markalı avtomobildən, şüşəni sındırmaqla video müşahidə kamerası, aksessuarlar, yanvarın 24-də gecə saatlarında həmin ünvanda İlahə Yüzbaşıyevaya məxsus “Toyota” markalı avtomobildən eynu üsulla 3 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid Mahir oğlu Səmədov tutulub.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top