Azərbaycanda gediş haqları qalxacaqmı?

Azərbaycanda gediş haqları qalxacaqmı?

Azərbaycanda enerji daşıyıcıları və ictimai nəqliyyatın qiymətləri qalxmayacaq. Cars-az xəbər verir ki, bu barədə day.az saytına İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib. "Qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Bu məsələ gündəlikdə deyil", - deyə o əlavə edib. Əliyev həmçinin qeyd edib ki, tariflərin qaldırılması üçün heç bir əsas yoxdur.

Dostlarınla paylaş


Şərhlər


Top