Məqalələr

  • Sabirabadda yol qəzası törədən sürücü yaxalandı

    Hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb Ardını oxu

  • "Bugatti Veyron"un istehsalı dayandı

    "Bugatti" bütün "Veyron"-ları satıb Son "Veyron" Yaxın Şərqdən olan müştəriyə satılıb. Cars-az xarici KİV-lərə istinadən xəbər verir ki, modelin tarixində son nöqtə La Finale adı alan Grand Sport Vitesse rodsteri olub. Bir neçə həftədən sonra bu nüsxə Cenevredə avtosalonda sərgilənəcək, onun yanında isə 2005-ci ilin il "Veyron"u yer alacaq. Qeyd etmək lazımdir ki, "Bugatti Veyron"-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı “Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb. 2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək – 431 km/s  sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub. Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir. Ardını oxu

  • İki milyonluq "superkar"

    Gücü 800 at gücündən artıqdır Aston Martin şirkəti, martın ilk günlərində Cenevrə avtosalonunda təqdim ediləcək Vulkan superkarını görüntülərini yayıb. Cars-az oxu.az-a istinadən xəbər verir ki, cəmi 24 ədəd superkar istehsal ediləcək, onlaırn hər biri alıcılara 2 milyon avroya başa gələcək. Vulcan 7 litr həcmli V12 atmosfer mühərriklə çalışır. Gücü 800 at gücündən artıqdır. Sürət yığma və maksimal sürətini  Aston Martin hələ ki dəqiqləşdirmir. Bütün gələcək müştərilərə Aston Martin V12 Vantage S, One-77 və Vantage GT4 kimi avtomobillərdə peşəkar pilotların kursunu keçmə şans təqdim edir. Bundan sonra onlar şəxsi “Vulkan”larını idaər edə bilərlər. Ardını oxu

  • Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşır

    “Asfalt örtüyü yenilənən yolun uzunluğu 700 metrdir” Ardını oxu

Avtomobil yol ayrıcına çırpılıb: 1 ölü, 5 yaralı

Avtomobil yol ayrıcına çırpılıb: 1 ölü, 5 yaralı

Faktla bağlı araşdırma aparılır Cars-az xəbər verir ki, Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 27-də saat 01 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. Ardını oxu

Bakıya gətirilən yeni Avro-5 avtobusları

Bakıya gətirilən yeni Avro-5 avtobusları

Avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb 2015 Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta yeni avtobuslar gətirilir. Cars-az-ın movqe.az-a istinadən verdiyi xəbərə görə, ölkəyə gətirilən avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb. Onlardan paytaxtda sərnişindaşımada da istifadə ediləcəyi bildirilir. "Çinar"- Trans MMC-nin  direktoru Etibar Manafov da Movqe.az-a açıqlamasında paytaxta 30-dan çox yeni, Avro-5 standartlarına uyğun avtobusların gətirildiyini, ilk olaraq həmin avtobusların "88" saylı marşurut xətinə buraxılmasının nəzərdə tutulduğunu bildirib. E.Manafovun sözlərinə görə, yeni avtobuslarda sərnişinlərin rahatlığına xidmət edən komfort sistem var: "Avtobuslar eniş-yoxuşda da tarazlığını saxlaya biləcək. Avtobuslarda kamera sistemi də var". Ardını oxu

Müfəttişlər sürücünü vəhşicəsinə döyüb

Müfəttişlər sürücünü vəhşicəsinə döyüb

Şuşa rayonundan olan məcburi köçkün Şaiq Salahzadə polisə ərizə ilə müraciət edib Ardını oxu

Top