04.11.2015
Qəzalar
Avtomobil yol ayrıcına çırpılıb: 1 ölü, 5 yaralı
Cars-az xəbər verir ki, Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 27-də saat 01 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.