04.11.2015
Qəzalar
Maşın betona çırpıldı, sürücü yaralandı
Gecə saatlarında Binəqədi rayonunda yol qəzası baş verib. Cars-az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, “Opel” markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı beton dayaqlara çırpılıb. Nəticədə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 01:30-da başa çatıb.
Elmin