04.11.2015
Qəzalar
Sumqayıtda avtomobillə vurulan piyada hadisə yerindəcə ölüb
Cars-az xəbər verir ki, Sumqayıtda Naxçıvan MR sakininin idarə etdiyi avtomobillə vurulan piyada ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da saat 22 radələrində Sumqayıt şəhərində Naxçıvan MR Culfa rayon sakini Mahir İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Elbrus Paşayevi vurub. Nəticədə piyada E.Paşayev hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.