Bakıya gətirilən yeni Avro-5 avtobusları

Bakıya gətirilən yeni Avro-5 avtobusları

2015 Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta yeni avtobuslar gətirilir. Cars-az-ın movqe.az-a istinadən verdiyi xəbərə görə, ölkəyə gətirilən avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb. Onlardan paytaxtda sərnişindaşımada da istifadə ediləcəyi bildirilir. "Çinar"- Trans MMC-nin direktoru Etibar Manafov da Movqe.az-a açıqlamasında paytaxta 30-dan çox yeni, Avro-5 standartlarına uyğun avtobusların gətirildiyini, ilk olaraq həmin avtobusların "88" saylı marşurut xətinə buraxılmasının nəzərdə tutulduğunu bildirib. E.Manafovun sözlərinə görə, yeni avtobuslarda sərnişinlərin rahatlığına xidmət edən komfort sistem var: "Avtobuslar eniş-yoxuşda da tarazlığını saxlaya biləcək. Avtobuslarda kamera sistemi də var".

Dostlarınla paylaş


Şərhlər


Top