04.11.2015
Avtoxəbər
İki milyonluq "superkar"
Aston Martin şirkəti, martın ilk günlərində Cenevrə avtosalonunda təqdim ediləcək Vulkan superkarını görüntülərini yayıb. Cars-az oxu.az-a istinadən xəbər verir ki, cəmi 24 ədəd superkar istehsal ediləcək, onlaırn hər biri alıcılara 2 milyon avroya başa gələcək. Vulcan 7 litr həcmli V12 atmosfer mühərriklə çalışır. Gücü 800 at gücündən artıqdır. Sürət yığma və maksimal sürətini Aston Martin hələ ki dəqiqləşdirmir. Bütün gələcək müştərilərə Aston Martin V12 Vantage S, One-77 və Vantage GT4 kimi avtomobillərdə peşəkar pilotların kursunu keçmə şans təqdim edir. Bundan sonra onlar şəxsi “Vulkan”larını idaər edə bilərlər.