-
Bakıda avtomobillər üçün bəzi parklanma yerləri ləğv edildi
Həmin yerlər mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilibmiş Ardını oxu
-
Sürücülərin nəzərinə: daha bir yol təmirə bağlanır
Bu yollarda avtomobillərin hərəkəti dayandırılacaq Ardını oxu
-
Saxta dollarla maşın alanlar saxlanılıb
Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir Cars-az xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta pula maşın almaqda şübhəli bilinən azərbaycanlılar Raul İ., Zamin B. və Şirxan N.-nı saxlayıb. Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə xidmətin məlumatında deyilir. İstintaq iddia edir ki, onlar Rustavidə maşın bazarında Gürcüstan vətəndaşından maşını 1.5 min saxta dollar ödəyərək alıblar. Saxlanılanlara qarşı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 212-ci maddəsinin 1-ci bəndi üzrə (saxta pul və qiymətli kağızların qeyri-qanuni hazırlanması və istifadəsi) aparılır. Şübhəli şəxslərin günahı sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir. Ardını oxu
-
Avtobus «Mersedes»i vurub əzdi
Babək prospektində avtomobil qəzası baş verib Bir neçə dəqiqə öncə Babək prospektində avtomobil qəzası olub. Cars-az xəbər verir ki, Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, 30 nömrəli sərnişin avtobusu eyni yolla hərəkət edən “Mersedes” markalı, “90 LK 910” dövlət nişanlı avtomobilin arxasına çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Avtobusda olan sərnişinlər eyni xətlə hərəkət edən digər 30 nömrəli avtomobilə miniblər. Ərazidə bir neçə dəqiqə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Ardını oxu
Biləcəriyə yol bağlanır
Yolun bağlanması dəmir yolunun təmiri ilə əlaqədardır Cars-az xəbər verir ki, Bakıda daha bir yol təmirə bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyindən anspress-ə verilən məlumata görə, fevralın 28-i axşam saat 20-00-dan 2015-ci il martın 1-i səhər saat 8-00-a qədər Binəqədi rayonunun Biləcəri qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yolun təmirə bağlanması Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiyə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədardır. Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Ardını oxu
Təyyarənin arxasınca sürüşüb rekord vurdu
Rekord cəhdi İsveçrənin Enqadin hava limanında gerçəkləşib Cars-az atvxəbər-ə istinadən xəbər verir ki, təyyarənin arxasınca sürüşərək sürət rekordu vurdu. Böyük Britaniyalı Ceymi Barrou qeyri-adi çıxışla adını ginesin rekordlar kitabına yazdırıb. Ötən il avtomobilin arxasına bərkidilmiş kəndirdən yapışmaqla snoubordla 100 km/saata yaxın sürət yığan Ceymi, bu dəfə təyyarə sayəsində daha yüksək sürət yığıb. Rekord cəhdi İsveçrənin Enqadin hava limanında gerçəkləşib. Kiçik mühərrikli təyyarəyə birləşdirilən kəndirdən yapışan britaniyalı hava nəqliyyatı ilə birgə qar üzərində sürüşməyə başlayıb. 1200 at gücündə olan təyyarə sürətləndikcə, snoubordçu həm rekorda, həm də ölümə bir az da yaxınlaşıb. Sürətplçən cihaz saatda 125 km-i göstərəndə, hələ də salamat olan britaniyalı dünyada analoqu olmayan rekorda imza atıb. Kənardan izləyənlərə asan gələn sürüşmənin tükürpədici tərəfləri də var. Belə ki, 125 km sürətlə sürüşən insanın müvazinətini itirməsi ölümlə nəticələnə bilərdi. Belə vəziyyətdə onu təhlükəsizlik kəməri, nə də hava yastığı qoruyacaqdı. Bununla belə yeni dünya rekordu vuran Ceymi Barrou deyəsən qorxana oxşamır. O qarşıdan gələn aylarda daha çox məşq edərək, təyyarə ilə daha təhlükəli rekordlar vurmağa çalışacaq. Ceyminin növbəti rekord cəhdində təyyarə bu dəfə yerlə yox, göylə hərəkət edəcək. Ardını oxu
Ziya Məmmədovun işçiləri ilə bağlı ŞOK FAKTLAR
Nazirliyin əməkdaşları haqda polisə edilən şikayətlər son günlər daha da artıb Ardını oxu
Azərbaycanda yaz havası olacaq - SABAH
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir Ardını oxu