Saxta dollarla maşın alanlar saxlanılıb

Saxta dollarla maşın alanlar saxlanılıb

Cars-az xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta pula maşın almaqda şübhəli bilinən azərbaycanlılar Raul İ., Zamin B. və Şirxan N.-nı saxlayıb. Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə xidmətin məlumatında deyilir. İstintaq iddia edir ki, onlar Rustavidə maşın bazarında Gürcüstan vətəndaşından maşını 1.5 min saxta dollar ödəyərək alıblar. Saxlanılanlara qarşı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 212-ci maddəsinin 1-ci bəndi üzrə (saxta pul və qiymətli kağızların qeyri-qanuni hazırlanması və istifadəsi) aparılır. Şübhəli şəxslərin günahı sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Dostlarınla paylaş


Şərhlər


Top