04.11.2015
Gündəm
Bakıda maşın çuxura düşdü
Bu gün səhər saatlarında Babək prospektində qəza baş verib. Cars-az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, təxminən 1 həftədir ki, prospektdə kanalizasiya xətlərinin yenilənməsi işləri aparılır. Bununla əlaqədar yolun sol hissəsinə kanalizasiya xətlərinin keçdiyi yer 1 metr dərinliyində qazılıb. Bu gün isə həmin yolla hərəkət edən minik avtomobili çuxura düşüb.