04.11.2015
Gündəm
Sumqayıt yolunda görünməmiş tıxac
Bakı-Sumqayıt yolunda səhər saatlarından dəhşətli tıxac başlayıb. Cars-az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhərinin girişindən başlayan tıxacın uzunluğu kilometrlərlə uzanır. Hadisəyə “Azəryolservis”in yolda apardığı təmir işlərinin səbəb olduğu bildirilir. İnsanların nəqliyyat vasitələrindən düşərək piyada şəhərə doğru hərəkət etdiyi bildirilir.