04.11.2015
Avtoxəbər
Sürücülərin nəzərinə: daha bir yol təmirə bağlanır
Bu gecə Bakıda daha bir yol təmirə bağlanacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Cars-az-a verilən məlumata görə, fevralın 27-i gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi 3-4 gün müddətinə nəzərdə tutulub. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Fidan