Məqalələr

  • Sürücülərin nəzərinə: Yol qanununda dəyişiklik edildi

    Prezident İlham Əliyev aidiyyatı orqanlara 3-5 ay vaxt verdi Ardını oxu

  • Qızıldan "Cadillac" və ya ofis-kinoteatr

    Bu maşında hər şey bir düymə ilə idarə edilir Bir avtomobil şirkəti lüks maşın anlayaışında bir addım daha önə gedib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, "Cadillac Escalade" markalı maşın qızılla örtülüb. Maşın ofis və ya mobil kinoteatra çevrilib. 4k ağıllı TV-nin olduğu böyük ekran televizorlu sistemi evlərdə istifadə etmək belə lüks həyat tərzinin göstəricisi sayılır. Maşının içərisində "Apple"nin son dövlərdə çıxarıldığı bütün ağıllı cihazlar da yerləşdirilib. Maşının içərisindəki avadanlıq 24 əyarlıq qızılla qapanıb. Sistem bir düymə ilə idarə edilir. Avtomobilin xaricindəki kameraları belə içəridə oturaraq rahat şəkildə izləmək mümkündür. İlkin qiyməti 73 min olan "Cadillac Escalade"nin yeni vəziyyəti ilə necəyə satılacağı hələ bilinmir. Ardını oxu

  • Metroda gediş haqqı qalxacaq?

    Bakı Metropoliteni açıqlama verib Cars-az xəbər verir ki, Bakı Metropolitenində manatın devalvasiyasına baxmayaraq gediş haqqının qalxması gözlənilmir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a bildirib ki, metroda gediş haqlarında qiymət artımı yaxın gələcəkdə gözlənilmir: “Bu məsələ ilə bağlı Metropoliten İdarəsi Tarif Şurasına rəsmi müraciət etməyib. Manatın devalvasiyasına baxmayaraq Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”. Ardını oxu

  • Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

    Hadisə Sabirabad rayonunda baş verib Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Səxavət Ağasov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Ardını oxu

Yevlaxda qəzada ölənlərin adları açıqlandı

Yevlaxda qəzada ölənlərin adları açıqlandı

“Toyota” və Şəki rayon sakini Nüsrət Səmədovun “Amico” markalı avtomobillər toqquşub Yevlax rayonunun Aran qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olanların adları açıqlanıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 23-də saat 11 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Bərdə rayon sakini Vilayət Qədirovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Nüsrət Səmədovun “Amico” markalı avtomobillər toqquşub. Nəticədə Vilayət Qədirov və sərnişinləri, Bərdə rayon sakini Sevil Qədirova, Bakı şəhər sakinləri Zahirə Rəşidova və Şahin Ağayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

Top