Metroda gediş haqqı qalxacaq?

Metroda gediş haqqı qalxacaq?

Cars-az xəbər verir ki, Bakı Metropolitenində manatın devalvasiyasına baxmayaraq gediş haqqının qalxması gözlənilmir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a bildirib ki, metroda gediş haqlarında qiymət artımı yaxın gələcəkdə gözlənilmir: “Bu məsələ ilə bağlı Metropoliten İdarəsi Tarif Şurasına rəsmi müraciət etməyib. Manatın devalvasiyasına baxmayaraq Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.

Dostlarınla paylaş


Şərhlər


Top