04.11.2015
Gündəm
Qadın dayanacaqda öldü- Bakıda
Bakıda ölüm hadisəsi qeydə alınıb. Cars-az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov metrostansiyası ətrafında, axşam 10 radələrində baş verib. Dayanacaqda avtobus gözləyən qadın qəfil ürəktutmadan vəfat edib.
Hələlik onun şəxsiyyəti müəyyən edilməyib. Ölənin 60-70 yaşlı qadın olduğu bildirilir. Mərhum Təcili Tibbi Yardım vasitəsilə hadisə yerindən aparılıb.