04.11.2015
Gündəm
Yevlaxda avtomobil yandı
Yevlaxda yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Duzdağ qəsəbəsində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri və 2 ədəd qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan