Məqalələr

  • Bakının mərkəzində 16 ağac aşıb, 4 avtomobil əzilib

    Əlverişsiz hava şəariti Nəsimi rayonunda ciddi fəsadlar törədib Əlverişsiz hava şəariti Nəsimi rayonunda ciddi fəsadlar törədib. Cars-az xəbər verir ki, lent.az-ın Nəsimi rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, 22 fevral tarixində yağan güclü qar və əsən güclü külək səbəbindən Cavadxan küçəsi 56 saylı ünvanın qarşısında Kərimov Murad Təmraz oğluna məxsus “Mercedes” markalı, 90 CK 128 dövlət nömrə nişanlı və onun avtomobilinin yanında dayanan “Chevrolet” markalı 90 AV 209 dövlət nömrə nişanlı avtomobillərin üzərinə ağac düşüb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin R.Məmmədov küçəsi 5 saylı ünvanın qarşəsənda Cabbarova Lalə Hüseynağa qızına məxsus “Hyundai Sonata” markalı, 90 RZ 903 dövlət nömrə nişanlı və onun yaxınlığında olan BMW markalı, 10 VO 326 dövlət nömrə nişanlı avtombillərin üzərinə ağac aşıb. Hər iki hadisədə xəsarət alan olmasa da, avtomobil sahiblərinə maddi ziyan dəyib. Bundan başqa, Bakıda yağan qar və güclü külək Nəsimi rayonun bir çox küçələrində irigövdəli ağacların aşmasına səbəb olub. Belə ki, Topçubaşov küçəsi 21, D.Əliyeva küçəsi 243, H.B.Əliyev küçəsi 8, H.B.Əliyev küçəsi 22,  R.Məmmədov küçəsi 5, Cavadxan küçəsi 56, U.Hacıbəyov küçəsi 59, M.Rəfili küçəsi 13, M.Qaşqay küçəsi 61 ünvanlarında müvafiq olaraq 1 ədəd, Vaqif pr-ti ilə C.Hacibəylinin kəsişməsindəki parkda və Mirqasımov küçəsi 2-də 2 ədəd, Mirqasımov küçəsi 3–də isə 3 ədəd irigövdəli ağacı külək aşırıb. Ardını oxu

  • Yevlaxda avtomobil yandı

    "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri və təkərləri yanıb Ardını oxu

  • Metropoliten rəhbərliyi Bakı sakinlərindən üzr istədi

    Əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub Ardını oxu

  • "Porsche"dən suyu vedrə ilə boşaltdılar

    Paytaxta yağan qar nəqliyyatda da öz təsirini göstərib Ardını oxu

Unitaza mühərrik qoşub, qartəmizləyən düzəltdi

Unitaza mühərrik qoşub, qartəmizləyən düzəltdi

Bu görüntülər ABŞ-ın Merilend ştatında lentə alınıb Cars-az atvxəbər-ə istinadən xəbər verir ki, unitaza mühərrik qoşub, hər kəsin marağına səbəb olan bu görüntülər ABŞ-ın Merilend ştatında lentə alınıb.  Qışın oğlan çağında dizə qalxan qardan cana yığılan bir sakin öz qəribə təmizləmə üsulu ilə xəbər başlığına çevrilib. Üzərində unitaz olan təkərli platformaya iki mühərrik qoşan Devid Qoldberq, qeyri adi maşına qar püskürdən sistem də əlavə edib. Hər iki mühərikin köməyi ilə küçədə hərəkət edən qəribə görünüşlü maşın, yoldakı qarı kənara səpələyir. Çoxları bu qəribə qar maşınını görəndə təəccüblənsə də, Devid Qoldberqin bu ixtirasına hamıdan çox qonşuları sevinir. Ən azından ona görə ki, onların küçəsi, həyət-bacası artıq “xokkey meydançası” deyil. Amma belə getsə , Devid Qoldberq oturduğu yerdən qalxmayacaq. Buna səbəb,  sinoptiklərin hələ də ağızlarını xeyirə açmamasıdır. Bildirilir ki, qarlı hava şəraiti  davam edəcək, bölgədə vəziyyət daha da pisləşəcək. Son  120 ilin ən şiddətli qışını yaşayan amerikalılar, bu əlverişsiz hava şəraitində  20-dən çox itki verib. Tələfatın daha da artacağı isə istisna edilmir.  Ardını oxu

Qaradağda iki yol qəzası: 1 ölü, 4 yaralı

Qaradağda iki yol qəzası: 1 ölü, 4 yaralı

Hər iki sürücü və R.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb. Hacıqabul rayon sakini Bəhruz Əzizovun idarə etdiyi “VAZ-2107” və Cəlilabad rayon sakini Mahmud Mayılovun idarə etdiyi “Nissan” markalı avtomobilər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Bəhruz Əzizov orada ölüb. Daha bir yol qəzası Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Hüseynovun idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini Rəfayel İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Hər iki sürücü və R.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Ardını oxu

Top