Bakıda avtomobil oğruları yaxalandı

Bakıda avtomobil oğruları yaxalandı

Suraxanı rayonu ərazisindən Elçin Namazova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bu barədə Cars-az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oğurluq avtomobil Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Avtomobili qaçırmış Ağdaş rayon sakini İlkin Eminov, Bakı şəhər sakinləri Nuran Quliyev və Şahin Rzayev həbs olunaraq barələrində istintaq aparılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə təhvil veriliblər.

Dostlarınla paylaş


Şərhlər


Top