İki qardaşı avtobusda bıçaqladılar

İki qardaşı avtobusda bıçaqladılar

Cars-az regiontv-yə istinadən xəbər verir ki, ötən gün Şamaxıda iki qardaşı bıçaqlayıblar. Səhər saatlarında sərnişin daşıyan mikroavtobusda İsmayıl və Ramil Manafov qardaşları ilə Samir adlı şəxs arasında mübahisə yaranıb. Onların mübahisəsi mikroavtobusdan düşəndən sonra da davam edib və nəticəsi ağır olub. Samir bıçağa əl atıb və hər iki qardaşa xəsarət yetirib. Daha sonra hadisə yerindən qaçıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunublar. Onlardan İsmayılın vəziyyəti ağır qiymətləndirilir. Faktla araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top