Məqalələr

  • "Mersedes" 147 min avtomobili geri qaytarır

    Mercedes-Benz şirkəti 147 min avtomobilini geri çağırır Cars-az atvxəbər-ə istinadən bildirir ki, buna səbəb 2013-2015-ci illərdə buraxılmış sedan və universal modellərinin mühərriklərində alışma riskinin olmasıdır. Bu barədə Reuters agentliyi ABŞ-ın Yollarda Təhlükəsizlik Milli İdarəsinin hesabatına istinadla məlumat yayıb. Hesabatda bildirilir ki, bu avtomobillərin mühərrik hissəsində olan rezin bərkidicilər yanacağı alışdırma sisteminə düşə bilər ki, bu da yanğına səbəb olar. Geri çağırılan avtomobillər arasında CLS və E sinfindən olan modellər də var. Aksiya ABŞ-da istifadədə olan avtomobillərə aiddir. Ötən həftə şirkət analoji addımı Avropa və Çin üzrə atmışdı. Ardını oxu

  • Ağac yüz minlik avtomobilin üstünə aşdı – FOTO

    Hadisə Mətbuat prospektində qeydə alınıb Bakıda aramsız yağan qar və güclü külək bəzi fəsadlar törədib. Cars-az avtolent-ə istinadən xəbər verir ki, Paytaxtın bir çox ərazilərində elektrik xətləri qırılıb və külək iri gövdəli ağacları aşırıb. Belə hadisələrdən biri də Mətbuat prospektində qeydə alınıb. İri gövdəli ağac “Lexus” markalı 90 EZ 777 dövlət nömrə nişanlı maşının üstünə aşıb. Nəticədə xəsarət alan olmasa da bahalı avtomobilə ciddi ziyan dəyib.  Ardını oxu

  • Quba-Xınalıq yolu bağlandı

    Uçqun var Quba-Xınalıq yolunda qar uçqunu baş verib. Cars-az xəbər verir ki, apa-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 35-ci km-də qeydə alınıb. Quba 6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, qarın təmizlənməsi üçün əraziyə idarənin texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun açılması istiqamətində işlər davam etdirilir. Ardını oxu

  • Yollar yenə buz bağlayacaq - Sabahın hava PROQNOZU

    Novruzun ilk çərşənbəsi hava necə olacaq? Ardını oxu

Nadir Qafarzadənin bahalı maşınına hücum – FOTO

Nadir Qafarzadənin bahalı maşınına hücum – FOTO

“Lexus” markalı avtomobilinin şüşələrini qırıblar Müğənni Nadir Qafarzadənin idarə etdiyi “Lexus” markalı, 90 BS 777 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxslər hücum edib. Cars-az xəbər verir ki, hazırda İsveçrədə olan ifaçı Avtolent.az-a açıqlamasında bildirib ki, “Lexus” markalı avtomobilinin şüşələrini qırıblar: “Mən hazırda Bakıda deyiləm. Ailəmizə yaxın adamlar mənə zəng edib dedilər ki, kimlərsə avtomobilimə hücum edib, maşının şüşələrini qırıq-qırıq ediblər. Bunu eşidib çox əsəbləşdim. Bu olayla bağlı adiyyatı orqanlara məlumat verilib. Hadisənin kimin tərəfindən törədildiyini bilmirəm. Çox güman ki, 1-2 günə məlum olacaq. Hadisə yaşadığım evin həyətində baş verib. Birinci dəfədir ki, belə bir halla rastlaşıram. Məsələ bu yerdə qalmayacaq, hadisəni kim törədibsə tezliklə qanun qarşısında cavab verəcək”. Ardını oxu

Azərbaycana avtomobil idxalı azalıb

Azərbaycana avtomobil idxalı azalıb

Dövlət Gömrük Komitəsinin statistik hesabatı 2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub. Cars-az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir. İdxal edilən maşınların 3 870 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin yanvarında bu göstərici 5 925 ədəd təşkil edib. Bundan başqa, yanvarda ölkəyə 146 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ilin yanvarında 512 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb. Ardını oxu

Top