04.11.2015
Yazarlar
Avtomobilində silahla gəzən həbs edildi
Qazax rayonunda silah tapılması istiqamətində əməliyyat keçirilib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobili ilə birlikdə saxlanılıb. Onun avtomobilindən pnevmatik tapança aşkar edilərək götürülüb. Bundan əlavə, Babək rayonunun Aşağı Buzqov kənd sakini Sadıx Həsənov tapdığı “AKM” markalı silahı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.