-
Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandı
Jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb Cars-az xəbər verir ki, bu barədə Masallı Rayon Polis Şöbəsinin müstəntiqi Elvin Əzimovun apa-ya verdiyi məlumata görə, ötən gün Masallı-Yardımlı yolunda baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozduqda zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. E.Əzimov bildirib ki, ilkin ehtimala görə, yol qəzasının baş verməsinə hava şəraitinin yağışlı olması və sürücünün sükan arxasında yuxulaması səbəb olub. Qeyd edək ki, ötən gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda “Qanun” Nəşrlər Evinin sürücüsü, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil dərəyə aşıb. Nəticədə maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır. Ardını oxu
-
Bakı-Sumqayıt şosesi tıxandı
Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb Cars-az apa-ya istinadən məlumat verir ki, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır. Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə “KamAZ” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib. Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir. Maraqlıdır ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saytında yer alan məlumata görə, saat 9:00 radələrində Bakı-Sumqayıt şosesində orta sürət 16 km/saat təşkil edir. Ardını oxu
-
"Mercedes" ilə "Jiquli" toqquşub
Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib Gecə Abşeron rayonu Masazır qəsəbəsində də yol nəqliyyat hadisəsi baş verib. Cars-az anspress-ə istinadən məlumatına görə, qəza zamanı “VAZ 2101” markalı avtomobilin sürücüsü yola çıxarkən qarşı tərəfdən gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə yolun əks tərəfi ilə hərəkət edən “Mercedes” markalı avtomobillə “VAZ 2101” markalı maşın toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəzanın baş vermə səbəblərini isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları araşdırırlar. Ardını oxu
-
Bakıda Qarabağ əlili görün necə qəza törətdi
Göz görür, ayaq qazda, sükan əldə, amma fikir başqa yerdədir Ardını oxu
Yeni açılan bu prospektin problemləri bitib-tükənmir
Yeni istifadəyə verilmiş Ziya Bünyadov prospektində indi də svetoforlar işləmir Ardını oxu
Yük avtomobillərinin arxasında gizlənən ölüm
Arxa mühafizə qurğusunu kəsən yük avtomobili sürücüləri arxadan dəyən minik maşınlarında ölümə yol açırlar Ardını oxu
Lerikdə “VAZ-2106” “Niva” ilə toqquşdu: 4 yaralı
“Niva” “06” markalı maşının yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaradıb Ardını oxu
Bakıda avtomobil şirkət avtobusu ilə toqquşub
Hadisə avtomobil və avtobusun bir-birinə yol verməməsi səbəbindən baş verib Ardını oxu