Bakıda bahalı qəza
Bakının Xətai rayonu Babək prospektində 5 avtomobilin iştirakı ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az anspress-ə istinadən bildirir ki, hadisə zamanı “Opel” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəfil idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarında dayanan “Ford” markalı yük maşınına çırpılıb.
Yük maşın isə öz növbəsində başqa bir “Ford” markalı minik avtomobilinə, daha sonra “Mercedes” markalı avtomobilə dəyib. Baş verən yol nəqliyyat hadisəsi bununla bitməyib. Zərbənin təsirindən “Mercedes” qarşısında dayanan “BMW” markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı “Opel”in sürücü hadisə yerini tərk edib. Qəza ilə bağlı Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb.