04.11.2015
Qəzalar
"Mercedes" ilə "Jiquli" toqquşub
Gecə Abşeron rayonu Masazır qəsəbəsində də yol nəqliyyat hadisəsi baş verib. Cars-az anspress-ə istinadən məlumatına görə, qəza zamanı “VAZ 2101” markalı avtomobilin sürücüsü yola çıxarkən qarşı tərəfdən gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə yolun əks tərəfi ilə hərəkət edən “Mercedes” markalı avtomobillə “VAZ 2101” markalı maşın toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəzanın baş vermə səbəblərini isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları araşdırırlar.