04.11.2015
Qəzalar
Bakıda avtomobil şirkət avtobusu ilə toqquşub
Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az “Report”a istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpünün altında “Mercedes” markalı avtomobillə “Shaolin” markalı avtobus toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə avtomobil və avtobusun bir-birinə yol verməməsi səbəbindən baş verib. Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, qəzaya uğrayan avtobus Bakıda fəaliyyət götərən şirkətlərdən birinə məxsusdur.