Məqalələr

  • Yol polisinin yazdığı cərimələrin ödənişi asanlaşdırıldı

    Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb Ardını oxu

  • Azərbaycanda belə maşınlar yığılacaq – FOTO

    Bu il ərzində “Naz Lifan 820” modelinin buraxılması nəzərdə tutulub “NAZ-Lifan” avtomobil zavodunda yeni modelin istehsalına başlanacaq. Cars-az xəbər verir ki, Naxçıvan Avtomobil Zavodundan fins.az-a verilən məlumata görə, bu il ərzində “Naz Lifan 820” modelinin buraxılması nəzərdə tutulub. Yeni modeldə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, əgər 2014-cü il model “Naz Lifan 820” 1.8 l həcmli mühərrikə malik idisə, yeni  model 2.4 l həcmi, 160 at gücü olan mühərriklə təhciz edilib. Bundan əlavə, avtomobilə avtomotik sürət qutusu ilə əlavə ediləcək. Sedan tipli avtomobilin maksimal sürəti 180 km/saat, baqajın  həcmi  510 litrdir. Avtomobilin satışa çıxarılacağı tarix və qiyməti hələlik məlum  deyil. Ardını oxu

  • Hacıqabulda qəza: bir nəfər öldü

    Polis faktla bağlı araşdırmaya başlayıb Ardını oxu

  • “Yaguar” 104 min avtomobili geri çağırdı 

    Şirkət qəza ehtimalı olan nəqliyyat vasitələrini geri çağırdığını açıqlayıb İngilis firması “Yaguar Land Rover” ABŞ-da satdığı “Range Rover” və “Jaguar” modellərindən olan 104 min avtomobilini geri çağırıb. Avtolent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi İdarəsi “Jaguar Land Rover”in Şimali Amerikadakı nümayəndəliyinə xəbərdarlıq edib. Şirkət bu xəbərdarlıqdan sonra qəza ehtimalı olan nəqliyyat vasitələrini geri çağırdığını açıqlayıb. Şirkət Şimali Amerikada təxminən 78 min avtomobilin əyləc sistemində yaranan problemləri pulsuz düzəldəcəyini bildirib. Ardını oxu

"Lexus" sərxoş piyadanı vurdu

"Lexus" sərxoş piyadanı vurdu

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalar aparılır Gecə Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az anspress-ə istinadən bildirri ki, qəza zamanı Mehralı Aşurov idarə etdiyi “Lexus” markalı avtomobili ilə Maştağa qəsəbəsindən üzü şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyadanı vuran sürücü onu avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, yaralı tibb müəsissəsinə içkili vəziyyətdə gətirilib. Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Piyadanı vuran sürücü Mehralı Aşurov ifadasinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb, avtomobil isə cərimə meydançasına yerləşdirirlib. Qəzanın səbəblərini müəyyən etmək üçün başlanan araşdırmalar davam etdirilir. Ardını oxu

Bakı sürücülərinə xəbərdarlıq

Bakı sürücülərinə xəbərdarlıq

Paytaxtın mərkəzində böyük tıxac müşahidə olunur Ardını oxu

ABŞ-da təyyarə qəzaya uğrayıb: ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb: ölənlər var

İnsident Mayamı şəhəri yaxınlığında baş verib Cars-az xəbər verir ki, ABŞ-ın Florida ştatında “Biçkraft” tipli kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Apa-nin itar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mayamı şəhəri yaxınlığında baş verib. Terks və Kaykos adalarına uçan təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşüb. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin düşdüyü yerdə heç kim olmasa da, elektrik naqillərinin sıradan çıxması yüzlərlə evi işıqsız qoyub. Üstəlik, hadisə yerində yanğın başlayıb. Əraziyə 20-yə yaxın yanğınsöndürmə briqadası cəlb edilib. Ardını oxu

Top