04.11.2015
Qəzalar
Hacıqabulda qəza: bir nəfər öldü
Bu gün saat 12:00 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Cars-az virtualaz-a istinadən xəbər verir ki, avtomobil qəzasında həyatını itirən şəxs Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Ramiq Xaliq oğludur.
Mərhumun cənazəsi hazırda Şirvan Şəhər Xəstəxanasının morqundadır. Polis faktla bağlı araşdırmaya başlayıb.