04.11.2015
Avtoxəbər
Azərbaycanda belə maşınlar yığılacaq – FOTO
“NAZ-Lifan” avtomobil zavodunda yeni modelin istehsalına başlanacaq. Cars-az xəbər verir ki, Naxçıvan Avtomobil Zavodundan fins.az-a verilən məlumata görə, bu il ərzində “Naz Lifan 820” modelinin buraxılması nəzərdə tutulub. Yeni modeldə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, əgər 2014-cü il model “Naz Lifan 820” 1.8 l həcmli mühərrikə malik idisə, yeni model 2.4 l həcmi, 160 at gücü olan mühərriklə təhciz edilib. Bundan əlavə, avtomobilə avtomotik sürət qutusu ilə əlavə ediləcək. Sedan tipli avtomobilin maksimal sürəti 180 km/saat, baqajın həcmi 510 litrdir. Avtomobilin satışa çıxarılacağı tarix və qiyməti hələlik məlum deyil.