-
NİİM-dən sürücülərə xəbərdarlıq
Məlumat yayılıb Bakının mərkəzi küçələrində sıxlıq müşahidə olunur. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, hazırda paytaxtın Mehdi Hüseyn küçəsi “İçərişəhər” metrostansiyası istiqamətində (alternativ küçə Teymur Elçin), Həsən Əliyev küçəsi Asan Xidmət istiqamətində (alternativ - Bakıxanov küç.) və Azadlıq prospekti şəhər istiqamətində (alternativ yol - Atatürk prospekti) sıxlıq var. Ardını oxu
-
Qarajda ölüm
Faktla bağlı araşdırma aparılır Ardını oxu
-
Üç qadın taksi sürücüsünün başına oyun açdı
Sonra üçü də düşüb qaçır Cars-az xəbər verir ki, Kanadanın Hamilton şəhərinin polisi üç qadının taksi sürücüsünü qarət etmək görüntülərini yayıb. Milli.az-ın Rusiya kiv-nə istinadən məlumatına görə, hadisə taksinin salonunda baş verib. Sərnişin qadınlardan biri bıçağı taksi sürücüsünün boğazına dirəyərək pul tələb edir. Digəri isə çəkiclə hədələyir və sürücüdən maşının açarlarını tələb edir. Pulu, açarları və mobil telefonu qarətçilərə verdikdən sonra sürücü maşından çıxır. Qadınlardan biri maşını iş salmağa çalışsa da, alınmır. Sonra üçü də düşüb qaçır. Ardını oxu
-
Hindistanda qatar qəzası: 5 ölü, 100-ə yaxın yaralı
Qəzanın baş vermə səbəbi ilkin ehtimal kimi, dəmir yoluna çay daşı düşməsi bildirilir Cars-az xəbər verir ki, Hindistanın cənubunda sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxması nəticəsində beş nəfər həlak olub, ən azı 100 nəfər xəsarət alıb. Bu barədə trend rianovosti-yə istinadən xəbər verib. İnsident Karnataka ştatının paytaxtı Banqalor şəhərinin yaxınlığında yerli vaxtla səhər saat 07:35-də baş verib. Dəmiryol nəqliyyatındakı mənbə xəbər verir ki, qatarın 9 vaqonu relsdən çıxıb. Qəzanın baş vermə səbəbi ilkin ehtimal kimi, dəmir yoluna çay daşı düşməsi bildirilir. Ardını oxu
Səfirliyin 20 avtomobili üsyançılara qaldı
Yəməndə baş verən dövlət çevrilişində ABŞ səfirliyinin əməkdaşları ölkədən təxliyə olunmuşdular Ardını oxu
Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır
Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır Ardını oxu
Yağışdan sonra acınacaqlı durum
Səbəb isə yolda böyük çalanın olmasıdır Cars-az xəbər verir ki, Bakıda gecə yağan güclü yağışdan sonra acınacaqlı vəziyyət yaranıb. Oxucuların milli.az-a verdikləri məlumata görə, Bakı-Şamaxı yolunda 114 nömrəli sərnişin avtobusu yağışdan əmələ gəlmiş gölməçədə batıb. Avtobusu çıxarmaq mümkün olmadığından sərnişinlər birbaşa suyun içərisinə düşməyə məcbur olublar. Həmin ərazidə bu gün 3 başqa avtobus eyni aqibəti yaşayıb. Səbəb isə yolda böyük çalanın olmasıdır. Ardını oxu
Maşın bazarında yanğın olub
Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb Sumqayıt maşın bazarında ötən gecə güclü yanğın olub. Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı-Quba yolunun 32-ci km-də yerləşən, ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində baş verib. Nəticədə biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb. Ərazidə olan tikililər digər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Ardını oxu