04.11.2015
Gündəm
Yağışdan sonra acınacaqlı durum
Cars-az xəbər verir ki, Bakıda gecə yağan güclü yağışdan sonra acınacaqlı vəziyyət yaranıb. Oxucuların milli.az-a verdikləri məlumata görə, Bakı-Şamaxı yolunda 114 nömrəli sərnişin avtobusu yağışdan əmələ gəlmiş gölməçədə batıb. Avtobusu çıxarmaq mümkün olmadığından sərnişinlər birbaşa suyun içərisinə düşməyə məcbur olublar. Həmin ərazidə bu gün 3 başqa avtobus eyni aqibəti yaşayıb. Səbəb isə yolda böyük çalanın olmasıdır.