NİİM-dən sürücülərə xəbərdarlıq

NİİM-dən sürücülərə xəbərdarlıq

Bakının mərkəzi küçələrində sıxlıq müşahidə olunur. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, hazırda paytaxtın Mehdi Hüseyn küçəsi “İçərişəhər” metrostansiyası istiqamətində (alternativ küçə Teymur Elçin), Həsən Əliyev küçəsi Asan Xidmət istiqamətində (alternativ - Bakıxanov küç.) və Azadlıq prospekti şəhər istiqamətində (alternativ yol - Atatürk prospekti) sıxlıq var.

Dostlarınla paylaş


Şərhlər


Top