04.11.2015
Yazarlar
Üç qadın taksi sürücüsünün başına oyun açdı
Cars-az xəbər verir ki, Kanadanın Hamilton şəhərinin polisi üç qadının taksi sürücüsünü qarət etmək görüntülərini yayıb. Milli.az-ın Rusiya kiv-nə istinadən məlumatına görə, hadisə taksinin salonunda baş verib. Sərnişin qadınlardan biri bıçağı taksi sürücüsünün boğazına dirəyərək pul tələb edir. Digəri isə çəkiclə hədələyir və sürücüdən maşının açarlarını tələb edir. Pulu, açarları və mobil telefonu qarətçilərə verdikdən sonra sürücü maşından çıxır. Qadınlardan biri maşını iş salmağa çalışsa da, alınmır. Sonra üçü də düşüb qaçır.