Məqalələr

  • Azərbaycanda qar gözlənilir

    Bakıda arabir yağış yağacaq Ardını oxu

  • İlk dəmiryolu daşınması həyata keçirilib

    Azərbaycandan keçməklə Çindən Avropaya Cars-az xəbər verir ki, fevral ayının 10-da Çindən Gürcüstana ilk yük qatarı çatıb. İlk birbaşa dəmiryolu yük qovşağının təqdimatı Varketil konteyner terminalında baş tutub. Tədbirdə Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, “Gürcüstan dəmir yolu” SC-nin baş direktoru Mamuka Baxtadze, Çin, Qazaxıstan və Azərbaycan səfirləri, əməkdaşlıq fondunun nümayəndələri və daşıma şirkətləri iştirak ediblər. Oxu.az gürcü KİV-nə istinadən xəbər verir ki, dəmiryolu qatarlarının yüklənməsi Çində 2015-ci ilin yanvar ayının 29-da olub, fevral ayının 6-da isə Gürcüstanda yük boşaldılıb. Layihə Gürcüstan, Qazaxıstan və Azərbaycan dəmir yollarının sıx əməkdaşlığı və Çinin Sinszyan əyalətinin vasitəçiliyi nəticəsində həyata keçirilib. Təqdimatda qeyd edildiyi kimi, yeni Trans-Asiya-Qafqaz qatarı yüklərin daşınması zamanını beş dəfə qısaldır. Dəniz vasitəsilə nəqletmə zamanı 40-45 gün vaxt lazım olurdusa, dəmir yolu ilə Çindən Gürcüstana yük 9 gün ərzində çatdırılır. Gürcüstan limanlarından bu yük artıq Avropa ölkələrinə və Qara dəniz hövzəsi ölkələrinə çatdırılacaq. Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars layihəsi bitdikdən sonra vahid böyük infrastruktur yaradılacaq. Xatırladaq ki, yanvar ayının 28-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın baş naziri, Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk test qatarının işə düşməsində iştirak ediblər. Bu günlərdə gürcü naziri Georgi Kvirikaşvili bəyan edib ki, Bakı-Tbilis-Qars-ın ilin sonuna istismara verilməsi üçün bütün şərtlər mövcuddur. Bakı-Tbilisi-Qars tam gücü ilə işləməyə başladıqda, Azərbaycanın Şərq və Qərb arasında yükdaşımalarda nəqletmə mahiyyəti dəfələrlə artacaq.  Ardını oxu

  • Nəqliyyat qurumu tıxacları radioya daşıyır

    Əhali arasında yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək Ardını oxu

  • Donetsk avtovağzalı qan gölünə döndü - ŞOK GÖRÜNTÜ

    Hadisə zamanı 4 dinc sakin həlak olub, daha 5 nəfər isə ağır yaralanıb Cars-az xəbər verir ki, rus separatçıları bu gün səhər Donetsk mərkəzi avtovağzalını atəşə tutublar. teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hadisə baş verən vaxt vağzalda iki avtobus olub. Şahidlərin sözlərinə görə, hadisə zamanı 4 dinc sakin həlak olub, daha 5 nəfər isə ağır yaralanıb. Diqqətçəkən digər məqam isə hadisədən dərhal sonra avtovağzala rus jurnalistlərin gəlməsi olub. Onlar çəkdikləri fotoları Twitter  hesablarında paylaşıblar.  Ardını oxu

Bakıda 17 yaşlı oğlanı vurub öldürən sürücü həbs edildi

Bakıda 17 yaşlı oğlanı vurub öldürən sürücü həbs edildi

Zığ şosesində naməlum avtomobilin sürücüsü yolu keçən piyadanı vurub öldürüb Ardını oxu

Bakının əyilən avtobusları

Bakının əyilən avtobusları

Nəqliyyat vasitələrinin yararlı olması ciddi yoxlanılmalıdır Ardını oxu

Təyyarələrimiz Türkiyədə  

Təyyarələrimiz Türkiyədə  

AZAL Türkiyəyə səfərlərini yeni təyyarələri ilə həyata keçirir "Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər Türkiyəyə səfərlərini yeni təyyarələri ilə həyata keçirir. Cars-az anspress-ə istinədən  məlumat verir ki, AZAL bu gün "Boeing 787" təyyarəsi ilə "Ankara Esenboğa Havalımanı"na uçuş həyata keçirib. AZAL-ın yeni bir qərarına əsasən, 12 fevraldan etibarən "Bakı-İstanbul" gündüz reysi də "Boeing 787" təyyarəsi ilə mümkün olacaq. Pilotların təlim uçuşlarını tamamlamaq üzrə olan AZAL-ın bir neçə gün öncə yeni aldığı təyyarə "İstanbul Sabiha Gökçen Havalımanı"na gəlmişdi. Qeyd edək ki, Beynəlxalq qaydalar əsasən, bir hava yolu şirkəti yeni bir təyyarə tipini alırsa, müəyyən bir dövr pilotlar təlim keçirlər və uçuşları köməkçi pilotlarla birgə həyata keçirirlər. Bu mərhələnin tamamlanmasından sonra normal səfərlərə başlanılır. Ardını oxu

Zaqatalada qəza: yaralananlar var

Zaqatalada qəza: yaralananlar var

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır Ardını oxu

Top