-
Metroda qorxu dolu anlar
Sərxoş şəxs qəzadan xəsarət almadan xilas olub İngiltərə metrosunda qorxu dolu anlar yaşanıb. Cars-az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mançester şəhərinin Pikadilli stansiyasında sərxoş şəxs qatarın hərəkət etdiyi anda relslərin üzərinə düşüb. Metro işçilərinin köməyi ilə qatarın altından çıxarılan adam qəzadan xəsarət almadan xilas olub. Baş verənlər təhlükəsizlik kamerasında əks olunub. Həmin görüntüləri təqdim edir: Ardını oxu
-
Azərbaycanda qar PROQNOZU verildi
Axşama doğru hava yağıntılı olacaq Ardını oxu
-
Nəqliyyat sektorunda ucuzlaşma - RƏSMİ
Sərnişindaşıma qiymətləri ilə bağlı rəsmi məlumat yayılıb Yanvarda ötən ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, yanvar ayında sərnişindaşıma tarifləri hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. Ardını oxu
-
Zaqatalada qəza
At öldü, sahibi isə xəstəxanalıq oldu Cars-az "kanals"-ə istinadən xəbər verir ki, fevralın 10-u axşam saatlarında Zaqatalada yol qəzası olub. Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində 42 yaşlı, Balakən rayon Qabaqçöl kənd sakini Mehman Qafarov idarə etdiyi minik avtomobili ilə Zaqatala istiqamətində hərəkətdə olarkən qarşısında gedən at arabasını vurub. At arabasında olan 53 yaşlı, Zaqatala rayon Mosul kənd sakini Nurməhəmməd Əhmədov zərbənin gücündən müxtəlif bədən xəsarətləri alıb. Avtomobil isə at arabasını vurduqdan sonra təxminən 20-30 metr irəliləyərək işıq dirəyini aşırıb. Qəzada avtomobilin sürücüsü yüngül xəsarət alsa da, at arabasının sahibi Nurməhəmməd Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Qəzada at tələf olub. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
Türkiyədə dəhşətli avtobus qəzası: 40 yaralı
Hadisə yolların buz bağlaması nəticəsində baş verdiyi qeyd edilib Türkiyənin Afyonkarahisar bölgəsində dəhşətli avtobus dərəyə aşıb. Cars-az Türkiyyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı 40 sərnişinin yaralandığı bildirilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin havanın şaxtalı keçməsi və yolların buz bağlaması nəticəsində baş verdiyi qeyd edilib. Ardını oxu
12 dərəcə isti olacaq
Sabah Abşeron yarımadasında axşama doğru yağıntı gözlənilir Ardını oxu
78 avtomobil bir-birinə girdi
Qəza nəticəsində ən azı dörd nəfər yaralanıb Ardını oxu