Məqalələr

  • Bakıda ana-balanı maşın vurdu, ana öldü

    Hadisə Ziya Bünyadov prospektində baş verib Bakıda ana və qızını maşın vurub. Cars-az apa-ya istinadən məlumat verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı 90 EM 062 dövlət nömrə nişanlı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanə Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb. Hadisəni törətməkdə  şübhəli bilinən sürücü Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. Ardını oxu

  • Yük maşınları yolu dağıtdı; sakinlər yolu bağladı

    Böyükşor qəsəbəsində yük maşınları yolu yararsız hala salıb Ardını oxu

  • Bakıda tarixə düşən bu maşınları görənlər sevinir

    Paytaxtımızda küçələri yuyan su maşınların çox ehtiyac var Ardını oxu

  • Sürücülər yeni polis maşınlarının hədəfindən yayına bilməyəcək

    Elektro-patrol sistemi üzərində nömrəoxuma, ümumi müşahidə kameraları və gecə görüntüsü üçün işıqlandırma sistemi quraşdırılıb Ardını oxu

Zərdabda ağır qəza: 4 yaralı

Zərdabda ağır qəza: 4 yaralı

“Niva” markalı avtomobil ilə “Mercedes”  markalı minik maşını toqquşub Ardını oxu

Azərbaycanın yollarda talanan büdcə pulları...

Azərbaycanın yollarda talanan büdcə pulları...

Müzəffər Baxış: “Obyektiv istintaq aparılsa, bu cinayətləri törədən bir çox vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək olar” Ardını oxu

Olimpiya çempionu polisin burnunu sındırdı

Olimpiya çempionu polisin burnunu sındırdı

Keçmiş çempion polislə yanaşı taksi sürücüsünü də vurub 1988-ci il SSRİ yığması tərkibində futbol üzrə olimpiya çempionu olmuş Sergey Qorlukoviç Moskvada polisin burnunu sındırıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, Qorlukoviç yumruqla polisin burnunu sındırarkən sərxoş vəziyyətdə olub. Belə ki, keçmiş idmançı ilə taksi sürücüsü arasında mübahisə düşüb. Sürücü hadisə yerinə polis çağırıb. Olimpiya çempionu hər ikisi ilə mübahisə etməyə başlayıb. Daha sonra Qarlukoviç yumruqla polisin burnunu sındırıb. Olimpiya çempionu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra evə buraxılıb. Olimpiya çempionun hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Ardını oxu

Ziya Bünyadov prospektində yolu bağlayın qəzanın səbəbi  - «Kamaz»

Ziya Bünyadov prospektində yolu bağlayın qəzanın səbəbi  - «Kamaz»

“Kamaz” sürücüləri bu yolda 90-la getmək istəyirmih; özü də  yanaşı gedən minik avtomobillərini ötə-ötə Ardını oxu

Top