Məqalələr

  • Nərimanovda avtomobilləri qarət edənə 5 il cəza verildi

    Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub Nərimanov rayon Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Kamran Pirquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cars-az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Pirquliyev tutulub. O, ötən ilin sentyabrın 2-də Bakı şəhər sakini Elşən İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 430 manat, sentyabrın 4-nə keçən gecə Zaur Məmmədova məxsus “Niva” markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə 3 manat oğurlayıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Rüfət Orucovun, Rəhman Salamzadənin, Ruslan Nəsibovun və Ədalət Manafovun avtomobillərindən pul, qol saatı, 4 ədəd telefon, ətir, eynək, tütün məmulatı, kredit kartı və yaddaş kartı oğurlaması da müəyyən edilib. Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamran Pirquliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Ardını oxu

  • Avtobus sürüşüb aşdı: 10 ölü

    Hadisə ilə bağlı cinayət işi açılıb Qazaxıstan Jambıl vilayətində Alma Ata-Astana magistralında sərnişin avtobusu aşıb.Cars-az xəbər verir ki, bu barədə trend ria novosti-yə istinadən xəbər verir. İlkin məlumata görə, buz bağlamış yolda Şımkənd istiqamətində hərəkət edən avtobus aşıb. Nəticədə 10 nəfər hadisə yerində həlak olub. Digər sərnişinlərə vaxtında tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar. Hadisə ilə bağlı cinayət işi açılıb. Ardını oxu

  • Təyyarəni "iPad" vasitəsilə endirdilər

    Eniş zamanı heç kəs xəsarət almayıb Pilot və onun həyat yoldaşı nasaz təyyarə ilə bir neçə kilometr uçduqdan sonra onu uğurla endirə biliblər. Cars-az xəbər verir ki, Bu barədə trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, cütlük bunun üçün yalnız iPad-dəki əlavədən yararlanıb. Məlumata görə, adı açıqlanmayan ər və arvad Viskonsindən Vayominqə (ABŞ) kiçik birmühərrikli təyyarə ilə yola düşüblər. Havada olarkən təyyarənin bütün elektrik avadanlığı sıradan çıxıb. Vəziyyəti havanın qaranlıq olması da çətinləşdirib. Buna görə də təyyarənin naviqasiyası üçün istifadə edilə biləcək yeganə vasitə "iPad" olub. Planşetdəki proqramlar uçuşun sürətini və hündürlüyünü müəyyən etməyə kömək edib. Eniş zamanı sərnişinlərdən heç kəs xəsarət almayıb. Lakin təyyarə ciddi zədələnib. Ardını oxu

  • İki "06" toqquşdu, iki nəfər yaralandı

    Hadisə Gəncə-Şəmkir yolunun 2-ci km-də baş verib Ardını oxu

Benzin yenidən ucuzlaşdı

Benzin yenidən ucuzlaşdı

SOCAR ötən il dekabrın 15-dən bu yana Gürcüstanda satdığı yanacağın qiymətini 6 dəfə endirib SOCAR şirkəti Gürcüstanda yanacağın qiymətini endirməyə davam edir. Cars-az axar.az-a istinadən xəbər verir ki, ARDNŞ-nin törəmə şirkəti olan “SOCAR Georgia” fevralın 6-dan etibarən bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 1,79 laridən (69 qəpik) 1,74 lariyə (67 qəpik) endirib. Qeyd edək ki, Gürcüstanda satılan “Premium” markalı benzin ölkəmizdə satılan eyni markalı benzindən hazırda 28 qəpik ucuzdur. Xatırladaq ki, SOCAR ötən il dekabrın 15-dən bu yana Gürcüstanda satdığı yanacağın qiymətini 6 dəfə endirib. Ardını oxu

Top