-
Ecazkar kadrlar
Qatar qarı yarıb keçir Kanadanın Nyu-Bransuik səmti qışda ölkənin ən soyuq, şaxtalı məkanlarından biridir. Burada havanın temperaturunun -45 dərəcəyə düşməsi adi haldır. Cars-az Daily Mail-ə istinadən bildirir ki, yerli sakinlərdən biri dəmiryol keçidində avtomobilində olarkən uzaqdan yaxınlaşan qatarın videosunu çəkib. Ecazkar kadrlarda qatar qarı yarıb keçir. "The Canadian National Railway" dəmiryol şirkətinin "2304 (ES44DC)" saylı lokomotivinin qarı yarması YouTube-da ən populyar videolardan birinə çevrilməkdədir. Ardını oxu
-
Bakıda daha bir marşrut ləğv olundu
Səbəb gündəlik qoyulan planın doldurulmaması və sərnişin qıtlığı göstərilir Metronun “Nərimanov” stansiyasından başlayaraq Şamaxı yolu adlanan əraziyə qədər olan xətt üzrə çalışan 27 nömrəli marşrut ləğv edilib. Avtosfer,az axar.az-a istinədən xəbər verir ki, marşrut xəttinin ləğv edilməsinə səbəb gündəlik qoyulan planın doldurulmaması və sərnişin qıtlığı göstərilir. Qeyd edək ki, sözügedən marşrut artıq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sistemindən də çıxarılıb. Ardını oxu
-
Dairəvi yolda "Hyundai" parça-parça oldu
Hadisə nəticəsində dairəvi yolda uzun tıxac yaranıb Bu səhər Bakıda ağır yol qəzası vaş verib. Cars-az day.az saytına istinadən xəbər verir ki, Bakı dairəvi yolunda "Hyundai" markalı iki avtomobil toqquşub. Zərbənin gücündən avtomobil paralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib. Hadisə nəticəsində dairəvi yolda uzun tıxac yaranıb. Ardını oxu
-
Polis postunda - QANLI OLAY
Avtomobilində narkotik maddə tapılan şəxs özünü bıçaqlayb Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb. Avtosfe.az apa-ya istinadən xəbər verir ki, hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb. 1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən, avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E.Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. Ardını oxu
Sərxoş və sənədsiz maşın sürənlər saxlanıldı
Sabirabadda 100-dən çox avtomobil cərimə meydançasına aparılıb Ardını oxu
Azəbaycanda yol qəzaları ilə dəhşətli fakt; 81 ölüm
Yanvar ayı ərzində baş vermiş 152 yol qəzasında 253 nəfər yaralanıb Ardını oxu
Yol qanununa bəzi avtomobillərlə bağlı DƏYİŞİKLİK EDİLDİ
Prezident İlham Əliyev Milli Məclisin etdiyi dəyişiklikləri təsdiqləyib Ardını oxu
Xaçmazda 6 yaşlı qızı yük maşını vurdu
Fatimə Hacıbalayevanın döş qəfəsi əzilib və daxili orqanları zədələnib Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın verdiyi məlumata görə, rayonun Çarxı kəndində axşam saat 17 radələrində sürücü Abbasov İnşallah idarə etdiyi «QAZ 53-12» markalı yük maşını ilə 6 yaşlı Fatimə Taleh qızı Hacıbalayevanı vurub. Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadə bildirdi ki, hadisənin baş verməsinə səbəb Fatimə Hacıbalayevanın qəfildən yola çıxması olub. F.Hacıbalayevanın döş qəfəsi əzilib və daxili orqanları zədələnib. O dərhal Bakıya göndərilib. 6 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir. Ardını oxu