04.11.2015
Maraqlı
Ecazkar kadrlar
Kanadanın Nyu-Bransuik səmti qışda ölkənin ən soyuq, şaxtalı məkanlarından biridir. Burada havanın temperaturunun -45 dərəcəyə düşməsi adi haldır. Cars-az Daily Mail-ə istinadən bildirir ki, yerli sakinlərdən biri dəmiryol keçidində avtomobilində olarkən uzaqdan yaxınlaşan qatarın videosunu çəkib. Ecazkar kadrlarda qatar qarı yarıb keçir. "The Canadian National Railway" dəmiryol şirkətinin "2304 (ES44DC)" saylı lokomotivinin qarı yarması YouTube-da ən populyar videolardan birinə çevrilməkdədir.