04.11.2015
Gündəm
Bakıda daha bir marşrut ləğv olundu
Metronun “Nərimanov” stansiyasından başlayaraq Şamaxı yolu adlanan əraziyə qədər olan xətt üzrə çalışan 27 nömrəli marşrut ləğv edilib. Avtosfer,az axar.az-a istinədən xəbər verir ki, marşrut xəttinin ləğv edilməsinə səbəb gündəlik qoyulan planın doldurulmaması və sərnişin qıtlığı göstərilir. Qeyd edək ki, sözügedən marşrut artıq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sistemindən də çıxarılıb.