Məqalələr

  • Avtomobilindən narkotik tapılan şəxs özünü bıçaqladı

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb. Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb. 1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E. Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. Ardını oxu

  • Azərbaycanda tariflər ucuzlaşdı

    Hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz ucuzlaşma olub Azərbaycan  2015-ci ilin yanvar ayında ötən ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Cars-az xəbər verir ki, Dövlət Statistika Komitəsindən anspress-ə verilən məlumata görə, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz ucuzlaşma olub. Bununla yanaşı, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşıb. Ardını oxu

  • Bakıda zəncirvari qəza - ÖLƏN VAR

    Faktla bağlı araşdırma aparılır Ardını oxu

DİN-dən qəza açıqlaması

DİN-dən qəza açıqlaması

Daxili İşlər Nazirliyi Zaqatalada 3 nəfərin ölümünə səbəb olan qəza haqqında məlumat yayıb Ardını oxu

Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq

Arabir güclənən şimal-qərb küləyi əsəcək Ardını oxu

Top