Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində qar, yanvarın 11-i axşam isə Bakıda yağış yağacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a bildiriblər ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-11 şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top