04.11.2015
Gündəm
DİN-dən deputat oğlu ilə bağlı açıqlama
Daxili İşlər Nazirliyinin mətbuat xidməti deputat Ayaz Orucovun oğlunun Bakıda sərxoş vəziyyətdə avtomobili darə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib. Mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Cars-az-a bildirib ki, deputat oğlunun sərxoş vəziyyətdə saxlanılması barədə yayılan xəbərlərdən sonra araşdırma aparılıb. Lakin məlumat təsdiqi tapmayıb: «Bundan əlavə, millət vəkilinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etməsi barədə xəbərlər də yalnışdır. Belə bir hadisə baş verməyib».
Emin