Avtomobil 23 yaşlı gəncin həyatına son qoydu

Avtomobil 23 yaşlı gəncin həyatına son qoydu

Avtomobil 23 yaşlı gəncin həyatına son qoydu

Paytaxtda 23 yaşlı gənc avtomobil vurması nəticəsində ölüb. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, fevralın 8-də saat 19:30 radələrində Ziya Bünyadov prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Vüqar Vəliyev idarə etdiyiToyotamarkalı avtomobillə Cəbrayıl rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüsüyevi vurub. C.Hüsüyev aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top