Bakı-Sumqayıt şosesi tıxandı

Bakı-Sumqayıt şosesi tıxandı

Cars-az apa-ya istinadən məlumat verir ki, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır. Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə “KamAZ” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib. Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir. Maraqlıdır ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saytında yer alan məlumata görə, saat 9:00 radələrində Bakı-Sumqayıt şosesində orta sürət 16 km/saat təşkil edir.

Dostlarınla paylaş


Şərhlər


Top