-
Sürücülərin diqqətinə!
Daha bir mərkəzi küçə təmir olunacaq Bakı Şəhər İcra Hakimiyyəti daha bir mərkəzi küçəni təmir etməyə hazırlaşır. Cars-az day.az saytına istinadən bildirir ki, hazırda Mehdi Hüseyn küçəsində asfaltlama üçün hazırlıq işləri görülür. Köhnə səkilər yeniləri ilə əvəzlənr, paslanmış borular çıxarılır. Yeni səkilər quraşdırıldıqdan sorna köhnə asfalt qatı qaşınacaq və yeni asfalt örtüyü salınacaq. Kanalizasiya qapaqları da yenilənəcək. M.Hüseyn küçəsindəki işlərin 10-15 günə başa çatdırılması nəzərdə tutulub. Ardını oxu
-
Taksi sürücüsünə qarşı cinayət
Bakı sakininə hədə-qorxu gələrək avtomobilini alan şəxs tutulub Cars-az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da saat 03:45 radələrində, Binəqədi qəsəbəsində Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi əyləşib Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gəliblər. Sonra isə quldurluq yolu ilə onun avtomobilini əlindən alıblar. Cinayətdə şübhəli bilinən 23 yaşlı Rövşən Allahverdiyev tutulub. Ardını oxu
-
Samur çayı üzərindəki körpü yenidən inşa olunacaq
«Artıq gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb» Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərindəki körpünün vəziyyəti Dövlət Gömrük Komitəsini (DGK) narahat edir. Cars-az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev məlumat verib. O bildirib ki, bununla bağlı Azərbaycan tərəfi artıq öz təkliflərini verib: “Artıq gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb. Nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artrıqmaq istəyir və Rusiya Azərbaycanın ticarət tərəfdaşlığında ilk sırada gedən ölkədir, körpü məsələsi gündəmdə qalacaq”. Aydın Əliyev vurğulayıb ki, Rusiya ilə sərhəddə gələcəkdə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulmur. Ardını oxu
-
Sürücülük vəsiqəsi düzəldənə 3 il cəza
Sabirabadda bir qrup vətəndaşı aldadan dələduza hökm oxundu Ardını oxu
Yol polisi Bakıda reydə başladı
Bütün küçələrə polis təhkim edildi; dayanma-durma qaydalarını pozanlar cərimələndi Ardını oxu
Bakının bu qəsəbəsinin sakinləri daha qorxmasınlar
Rəsmi məlumatlara görə, artıq yeni tikilən keçidlərin sayı 60-a çatıb Ardını oxu
Yolla şütüyən maşının üstündən atıldı
Alassan İssa Qobitaka yeni dünya rekordu vurub Sosial şəbəkələrdə "Al the Jumper" kimi tanınan isveçli kaskadydor Alassan İssa Qobitaka yeni dünya rekordu vurub. O, 130 km/saat sürətlə hərəkət edən Lamborghini avtomobilinin qarşısından çəkilməyib və maşının üzərindən atılıb. Cars-az bildirir ki, Alassan bu tryuku asanlıqla yerinə yetirib. Alassan bir qədər əvvəl yolla şütüyərək ona tərəf sürətlə irəliləyən iki motosiklin üzərindən də atılaraq məşhurlaşmışdı. Ardını oxu